Məhsulun inkişafı üzrə mütəxəssis
Turizm sənaye və destinasiyanın inkişafının idarə edilməsi

 

Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycanın milli turizm təşkilatıdır. Bizim əsas vəzifələrimizə “Azərbaycanda istirahət” brendinin idarəsi, daha çox beynəlxalq bazarlarda innovativ marketinq və yerli turizm sənayesinə turistlərin və bazarların biliyinin ötürülməsi daxildir. Biz bu yolla Azərbaycanın bir tətil destinasiyası kimi rəqabətlilik qabiliyyətinə töhfə vermiş oluruq.

İşin qısa təsviri:

Azərbaycan Turizm Bürosu yeni turizm məhsullarının hazırlanması və inkişafı prosesini həyata keçirəcək, ümumilikdə turizm strategiyasının tətbiqinə töhfələrini verə biləcək Məhsulun inkişafı üzrə mütəxəssis axtarışındadır. Cari vəzifəni icra edən şəxs məhsulun inkişafının nəzarət tələblərinə cavab vermək üçün bazar tendensiyalarını araşdırmağa, tələblərdən irəli gələrək aidiyyatı şöbələr ilə qarşılıqlı əlaqələr yaratmağa, tərəfdaşlardan və məhsulun inkişafında iştirakçı olan digər tərəflərdən rəy və məlumatları toplamağa cavabdeh olacaq.

Əsas vəzifə və öhdəlikləri:

  • Təklif olunan yeni məhsulları və xidmətləri təhlil edib qiymətləndirmək;
  • Təsdiqlənmiş layihə planına uyğun olaraq yeni marşrutlar, istiqamətlər, turlar və təcrübələr (daha sonra məhsul adlandırılacaq) hazırlamaq;
  • Yeni turizm məhsulları və rəqabət apara biləcəyimiz istiqamətləri təhlil etmək və bazar araşdırması aparmaq;
  • Turistlərin təcrübələrindən irəli gələrək məhsulun boşluqlarını başa düşmək üçün sənaye tərəfdaşları və Destinasiya Menecmenti Təşkilatları ilə daim əlaqədə olmaq;
  • Müraciətlər əsasında marşrutlar hazırlamaq;
  • Məhsulun tanınmasını milli və beynəlxalq səviyyədə təmin etmək üçün tərəfdaşların tələblərini araşdırmaq;
  • Turizm məhsul və fəaliyyət növlərini tənzimləmək və təkmilləşdirmək, yerlərdə infrastruktur, müəssisə və xidmətlər üçün münbit şərait yaratmaq, mövcud turizm məhsullarının keyfiyyət standartlarını təmin etmək və artırmaq;
  • Mövcud məhsulların effektiv inkişafı üçün dövlət və özəl sektor arasında koordinasiya yaratmaq;
  • Broşürlər, jurnallar, veb-saytlar, platformalar və digərləri üçün məzmun toplamaq;
  • Azərbaycanın bölgələrində, eləcə də Bakıda mövcud olan mədəni, təbii və tarixi mənbələr haqqında geniş məlumata malik olmaq.

Tələblər:

  • Turizm üzrə bakalavr dərəcəsi və ya turizm sənayesində minimum 2 illik iş təcrübəsi;
  • Məhsulun İnkişafı üzrə mütəxəssis kimi və ya aidiyyatı şöbədə iş haqqında yazılı təcrübə;
  • Məzmun toplanması üzrə təcrübənin olması;
  • Komanda daxilində iş qabiliyyəti;
  • Kreativ və innovativ düşüncə qabiliyyəti;
  • Gecələmək nəzərə alınmaqla regionlara səyahət etmək imkanı;
  • Nəticəyə kökıənmək bacarığı;
  • Rəqabətədavamlı araşdırma və təhlil bacarıqları;
  • Layihə idarəedilməsi qabiliyyətinin olması;
  • Həm iş əlaqələrinin yaradılması, həm də şöbə daxilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı və təcrübəsinin olması;
  • Strategiyaların tətbiq edilməsi qabiliyyəti;
  • Vaxtın idarəedilməsi bacarığının olması;
  • Strukturlaşdırılmış və mütəşəkkil layihə sənədləri, istifadəçi təlimatları və hesabatlar yaratmaq bacarığı;
  • Tender sənədlərinin hazırlanması istiqamətində təcrübənin olması;
  • Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və ünsiyyət bacarıqlarının olması (rus dili bilgisi üstünlükdür).

Məhsulun inkişafı üzrə mütəxəssis bazar ertəsindən cümə günü daxil olmaqla müvafiq iş həftəsində işləyir, bəzən həftə sonları və / və ya tətil günlərində, ya da ehtiyac olarsa turizm ilə əlaqdar tədbirlərdə əlavə işləməli olacaq.

Namizədlərdən 28.11.2020 tarixinə qədər [email protected] ünvanına CV-lərini göndərmək xahiş olunur.

Xahiş edirik, məktubun başlığında müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz – Məhsulun inkişafı üzrə mütəxəssis.

Əks təqdirdə, ərizələr nəzərdən keçirilməyə bilər.

 

 

Əsas məlumat
  • Yenilənib: 28 okt 2020
  • Son tarix: 28 noy 2020
Dostlarınla paylaş!