Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycanda turizmin inkişafına nail olmaq məqsədilə sənayenin bütün sahələrini – qonaqpərvərlik, turizm agentlikləri, sərgi və tədbirlər, turizm məhsulları, regional destinasiya təşkilatları, assosiasiyalar və digər müxtəlif müəssisə və qurumları təşviq edir. Məqsədimiz Azərbaycanın turizm məhsullarının davamlı şəkildə təkmilləşdirilməsi və diversifikasiyası yolu ilə sabit sənaye yaratmaqdır. Buna nail olmaq üçün dəyər və istəklərimizi paylaşan və ölkəmizi dünyanın aparıcı turizm destinasiyalarından birinə çevirəcək güclü komandaya ehtiyacımız var.

Azərbaycan Turizm Bürosu hər zaman aşağıdakı sahələri öyrənməyə həvəsi olan bilikli və istedadlı şəxsləri əməkdaşları arasında görməkdən məmnunluq duyur:

  • Turizm xidmətləri;
  • Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyası;
  • Sərgilərin idarə olunması;
  • Yaradıcılıq və dizayn;
  • Qonaqpərvərlik;
  • Tədbirlərin təşkili;
  • Məzmun yaradılması.

Mənşəyindən, irqindən, cinsindən, dinindən, sosial mənsubiyyətindən və s. xüsusiyyətlərindən asılı olmayaraq, bütün insanlara bərabər karyera imkanları vəd edirik.

Əyləncəli və peşəkar iş mühitində öyrənmək, təcrübənizi artırmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, sizi dinləməyə hazırıq. Elanlarımızı mütləq izləyin.

Karyera ilə bağlı hər hansı sualınız varsa, zəhmət olmasa, bizimlə aşağıdakı elektron poçt vasitəsilə əlaqə saxlayın: [email protected]

Vakansiyanın adı Departament Yenilənib Son tarix
Marketinq üzrə Baş mütəxəssis Brend və marketinq 27.07.2024 27.08.2024
İngilis dilində məzmun üzrə mütəxəssis Kommunikasiya və tədbirlər departamenti 29.07.2024 29.08.2024