Azərbaycan İşgüzar Tədbirləri
haqqında
Azərbaycan Turizm Bürosunun əsas bölmələrindən olan İşgüzar Tədbirlər sektorunun əsas məqsədi işgüzar tədbirlər sənayesinin inkişafı və cəlb edilməsi üzrə fəaliyyətin təşviq edilməsidir. Azərbaycanda işgüzar tədbirlər sənayesinin inkişaf strategiyasını həyata keçirmək səlahiyyəti Dövlət Turizm Agentliyi tərəfindən verilmişdir.
İşgüzar tədbirlər sektorunun strateji məqsədlərinə informasiya və dəstək xidmətlərini təmin etməklə Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə göstərmək, potensial tədbirləri müəyyənləşdirmək, səmərəli kommunikasiya və lobbiçilik fəaliyyəti aparmaq, işgüzar tədbirlər sənayesi üzrə tərəfdaşları və digər maraqlı tərəfləri bir araya gətirmək və destinasiya adından tədqiqat fəaliyyətlərini genişləndirmək kimi məsələlər daxildir. İşgüzar tədbirlər sektoru, həmçinin dövlət və özəl qurumları bir araya gətirən platformadır.
Beynəlxalq Konqres və Konfranslar Assosiasiyasının (ICCA) üzvü olaraq tədbirlərin planlaşdırılmasının bütün aspektləri üzrə işgüzar tədbirlər sənayesi peşəkarlarına yardım göstərməyə xüsusilə böyük diqqət yetiririk. Ölkə barədə dərin biliklərə malik komandamızın turizm və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən şirkətlərlə sıx əməkdaşlıq münasibətləri vardır. İşgüzar tədbirlər sektoru olaraq hər zaman əla seçim və imkanlardan maksimum yararlanmağı hədəfləyirik. Əlavə məlumat üçün veb-saytımızı ziyarət edə bilərsiniz.
İşgüzar Tədbirlər Sənayesi Alyansı tərəfdaşları
Azərbaycan yüksək səviyyəli işgüzar tədbirlər keçirilməsi üçün tam təchiz olunmuş infrastrukturlu məkanlar və sənaye üzrə qabaqcıl təcrübə təklif edir. Biz tədbir məkanları, yüksək xidmət göstərən hotellər və məkanlar, peşəkar konfrans təşkilatçıları, turizm şirkətləri, aviaşirkətlər və bir sıra tərəfdaş şirkətlər ilə sıx əməkdaşlıq münasibətləri yaradırıq. Bu məqsədlə işgüzar tədbirləri ölkəyə cəlb etmək və töhfə vermək üçün Azərbaycan İşgüzar Tədbirləri Sənayesi Alyansı yaradılmışdır.
Bu tərəfdaşlıq vasitəsilə bütün partnyorlar tədbirlərə və təlimlərə çıxış, o cümlədən kanallarımız vasitəsilə öz marketinq fəaliyyətlərini həyata keçirmək üçün tədqiqat, statistik məlumatlar və tanıtım alətlərindən istifadə etmək imkanı əldə edirlər.
Tərəfdaşlıq Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlər üçün nəzərdə tutulub.