işgüzar tədbirlər sənayesi alyansı
tərəfdaş şirkətlər
Azərbaycanda yüksək səviyyədə inkişaf etmiş məkanlar infrastrukturuna və işgüzar tədbirlər sahəsində geniş təcrübəyə malik xidmət təminatçıları mövcuddur. Ölkəni dünyanın güclü işgüzar tədbirlər destinasiyası olaraq tanıtmaq, assosiasiya və korporativ işgüzar tədbirləri cəlb etmək, bu sahədə fəaliyyət göstərən tərəfdaşlarla yaxından çalışmaq və onların da bu sahədə inkişaf etməsinə töhfə vermək məqsədilə ötən il İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılmışdır. 75 yerli tərəfdaşın qoşulduğu və tədbir məkanları, hotellər, peşəkar konfrans təşkilatçıları, destinasiyanı idarə edən şirkətlər və digər köməkçi tərəfdaşları bir araya gətirən Alyans Azərbaycanı həm ölkə daxilində, həm də xaricdə təmsil edir.
Bu tərəfdaşlıq vasitəsilə, bütün tərəfdaşlar tədbir və treninqlərdə iştirak etmək, eləcə də AKB kanalları vasitəsilə öz marketinq fəaliyyətlərinə dəstək vermək məqsədilə tədqiqat, statistika və təşviqat vasitələrindən istifadə etmək imkanı əldə edirlər.
Tərəfdaşlıq Azərbaycanda qeydiyyatdan keçmiş şirkətlərə aid edilir.