bizim
nəşrlər
Azərbaycan Turizm Bürosu turistlərə ölkəmizin turizm imkanlarını təqdim etmək məqsədilə geniş çeşiddə ixtisaslaşmış və ümumi broşürlər, bukletlər, xəritələr və digər materiallar dərc edir. Nəşrlər bir sıra dillərdə mövcuddur.
Nəşrlərə onlayn baxmaq və yaxud onları yükləmək üçün, zəhmət olmasa, dili seçin və formanı doldurun.
Bakıya xoş gəlmişsiniz. Qədim tarixə malik Bakı turistlərin daim diqqət mərkəzindədir. Bu gözəl şəhərin turizm imkanları barədə xüsusi hazırlanmış broşürdən məlumat almaq olar.
Azərbaycan qədim şərabçılıq mərkəzidir. Hətta araşdırılmışdır ki, dünyada ilk dəfə şərab Naxçıvan ərazisində hazırlanıb. Ölkəmizin təbiəti üzümçülük üçün uyğundur. Bu isə şərabçılıq turizmi üçün əhəmiyyətlidir.
Azərbaycanın təbii ehtiyatları və mülayim iqlimindən ilhamlanaraq hazırlanmış sağlamlıq və rekreasiya turizmi məhsullarından faydalanmaq istəyənlər bu broşürlə tanış ola bilərlər.
Azərbaycanın meyvə souslarından tutmuş, ətdən hazırlanan dadlı təamlara və saysız-hesabsız ətirli plov növlərinə qədər bir çox çeşiddə tərkibə malik olan zəngin kulinariyası hər kəsin zövqünü oxşamağa qadirdir. Azərbaycanın zəngin mətbəxi və əbədi, mehriban qonaqpərvərlik ənənələri yaddaşınızdan uzun müddət silinməyəcək.
Azərbaycan işgüzar tədbirlər üçün mükəmməl və yeni məkandır. Bu broşürdə ölkəmizdəki mədəni irs, qonaqpərvərlik və müasirliyin unikal vəhdəti, həmçinin hotellər, gəzməli yerlər, dadlı təamlar təqdim edən restoranlar ilə bağlı məlumatları tapacaqsınız.
Azərbaycan qonaqpərvərliyin, tolerantlığın və multikulturalizmin dərin ənənələrini yaşadan bir ölkədir. Ölkəmiz qədim İpək Yolunun üzərində yerləşir – bu ənənələr ölkənin yəhudi icmasının tarixçəsində mükəmməl şəkildə əks olunub.
Gəlin Azərbaycanda yəhudi irsini birgə öyrənək.