Azərbaycan Turizm Bürosunun
beynəlxalq nümayəndəlikləri
Hazırda COVID-19 pandemiyası ilə əlaqədar olaraq, nümayəndəliklər ilə fəaliyyətimizdə bir sıra məhdudiyyətlər mövcuddur.
Demək olar ki, Azərbaycana daha çox turist səfərlərinin olduğu bütün ölkələr pandemiyanın qarşısını almaq məqsədilə hava uçuşları üçün müəyyən qaydalar irəli sürüb. Ölkələrarası səfərlər əvvəlki formada yalnız bu qaydalar və tələblər aradan qaldırıldıqdan sonra mümkün olacaq.
Azərbaycanın hədəf bazarlarında COVID-19 virusu ilə mübarizə tədbirləri barədə məlumatlar tərəfimizdən yaxından izlənilir. Müvafiq hədəf bazarlara uyğun kommunikasiya və marketinq fəaliyyətinə nə zaman başlamaq barədə qərar vermək üçün bu məlumatların əldə olunması zəruridir.
Azərbaycanı turizm istiqaməti kimi təbliğ etmək və ölkəyə daha çox turist cəlb etmək üçün Təl-Əvivdə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyətə başlamışdır. Bu nümayəndəlik Turizm Bürosuna sözügedən ölkədə B2B marketinq fəaliyyətlərini həyata keçirməyə kömək edir.
Fəaliyyət istiqamətləri
Beynəlxalq bazarlarda: Beynəlxalq turizm sərgilərində və turizm yarmarkalarında iştirak etmək; Roudşoular (təqdimat tipli silsilə tədbirlər); Seminarlar və təlimlər; Şəbəkələşmə tədbirləri; Marketinq kampaniyaları. |
Daxili bazarlarda: Şəbəkə tədbirləri; Tanışlıq səfərləri (FAM trips); Seminarlar; Beynəlxalq tədbir və görüşləri təşkil etməyə cavabdeh olan yüksək səviyyəli qərar verənlər. |
Azərbaycana turistlərin ən çox gəldiyi ilk beş ölkədən biri olan Səudiyyə Ərəbistanından ölkəmizə turist səfərlərinin sayı artmaqdadır.
BƏƏ-dən gələn qonaqların sayında, gecələmələrdə və xərcləmələrdə müntəzəm artım müşahidə olunur.
Azərbaycan Turizm Bürosu İsrail filialı
Direktor: Cəmilə Talıbzadə