qiymətləndirmə prosesi

Hörmətli Bələdçilər,

Sertifikatlaşdırma prosesi bələdçinin nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi və bələdçilik sertifikatının verilməsini əhatə edir.

TBSO namizədə imtahanının keçiriləcəyi tarixi, ünvanı və digər məlumatları göndərir. Beləliklə, namizədin qiymətləndirmə prosesi başlayır.

Qiymətləndirmə prosesi 2 mərhələdən ibarətdir.

1-ci mərhələ: Şifahi qiymətləndirmə -  Bu mərhələ Qiymətləndirmə Komissiyasının 3 üzvü tərəfindən şifahi müsahibə formasında aparılır. Namizəd əvvəlcə xarici dilin yoxlanılması üçün şifahi danışıq imtahanına daxil olur (ingilis və rus dillərindən başqa xarici dili olan bələdçilər). Bu müsabiqə 20 dəqiqə ərzində keçirilir və ekspert əsasən namizədin xarici dildə danışıq səviyyəsinin yetərli olub/olmamasını yoxlayır. Xarici dil biliyi ingilis və rus dilində olan bələdçilərdən isə Qiymətləndirmə Komissiyasının 2 üzvü tərəfindən, müvafiq dil biliyinə əsasən (ingilis / rus) həmin dildə (bələdçilik terminologiyası və s. biliklər)  və azərbaycan dilində müabiqə keçirilir. Daha sonra namizəd öncədən ona təqdim edilən ədəbiyyat mənbələri və mövzuları əsasında hazırlanmış biletlərdən 1-ni seçir (Namizədin bir dəfə bileti dəyişmək imkanı vardır ki, bu da onun ümumi balından 1 xalın silinməsi deməkdir). Hər bilet 5 açıq sualdan ibarətdir və hazırlıq üçün namizədə 30 dəqiqə vaxt verilir. Hər bir sual 1-5 bal ilə qiymətləndirilir. Ən azı 17 bal toplayan namizəd qiymətləndirmənin I mərhələsini uğurla bitirmiş hesab olunur.

2-ci mərhələ: Praktiki qiymətləndirmə - Bu mərhələdə Qiymətləndirmə komissiyasının 1 ekspertinin rəhbərliyi ilə namizədin gəzintidə, avtobus, tur gəzintisi və ya qapalı məkan gəzintisində (muzey, qalereya və s.) bələdçilik texnikası yoxlanılır. Gəzinti turu üzrə namizədə 15 dəqiqə, avtobus turu zamanı 10 dəqiqə, qapalı məkan turu zamanı isə 15 dəqiqə vaxt verilir. Qiymətləndirmə tura rəhbərlik edən Komissiya üzvü tərəfindən 1-5 bal ilə qiymətləndirilir. Ən azı 48 bal toplayan namizəd qiymətləndirmənin II mərhələsini uğurla bitirmiş hesab olunur.

Hər iki mərhələni uğurla keçən namizədə Azərbaycan Turizm Bürosunun Turizm bələdçilərinin sertifikatlaşdırılması orqanı tərəfindən turizm bələdçisi vəsiqəsi (sertifikatı) təqdim edilir.

UĞURLAR...

müraciət forması

tez-tez verilən suallar

Ödəniş ƏDV daxil 600 AZN təşkil edir.
Qiymətləndirmə prosesindən uğurla keçən bələdçilərə 14 iş günü ərzində turizm bələdçisi vəsiqəsi (sertifikatı) təqdim edilir.
3 il.
14 iş günü ərzində elektron poçt və ya telefon vasitəsilə xəbər ediləcək.
5 iş günü ərzində.
Bəli, edə bilərsiniz.

Əgər hər hansı sualınız və ya şikayətiniz varsa, aşağıdakı düyməni klikləyib bizə bildirin .

sual vermək