Azərbaycanda mehmanxanaların ulduz kateqoriyalarının müəyyən edilməsi 2019-cu ildən etibarən AZS ISO/IEC 17065:2021 standartına uyğun akkreditə olunmuş Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma Orqanı (MUKSO) tərəfindən həyata keçirilir. Qiymətləndirmə prosesi Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş meyarlar əsasında aparılır və Hotelstars Union-un beynəlxalq standartlarına uyğunlaşdırılmışdır. Azərbaycan 2025-ci ildən etibarən Cənubi Qafqaz üzrə Hotelstars Union-un ilk tamhüquqlu üzvüdür.
Ulduz Təsnifatının müraciət etmək üçün ilkin mərhələ olaraq aşağıdakı keçidə daxil olaraq formanı doldurun. Növbəti mərhələ üçün komandamız ən qısa müddət ərzində sizinlə əlaqə saxlayacaqdır. Əlavə məlumat üçün [email protected] email ünvanına sualınızın qısa təsvirini əhatə edən məktub ünvanlaya bilərsiz.
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci bəndinə əsasən
• Vahid qəbul-qeydiyyat bölməsi olmalı
• Qonaqlar üçün sanitar qovşağa malik otaqlarda yerləşmə xidməti olmalı
• Nömrə fondunun tutumu azı 11 (on bir) olmalı
• Gündə ən azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərilməlidir.
Qeyd: mehmanxana, binası daxilində qidalanma xidməti təklif edən restoranlar ilə qarşılıqlı əməkdaşlıq müqaviləsinin olması şərti ilə mehmanxana (hotel) xidməti göstərə bilər.
• “Sifariş forması” (imzalı)
• VÖEN surəti
• Mehmanxana rəhbərinin səlahiyyətini təsdiq edən sənədin surəti
• Səlahiyyət ötürüldüyü halda, ötürülmə ilə bağlı sənəd (əgər varsa)
• Rekvizitlər forması
• Sifarişçi ilə müqavilə imzalanır və ödəniş təmin edilir.
• MUKSO hotel nümayəndəsi ilə əlaqə yaradaraq audit tarixi müəyyən edir.
• Audit tarixi MUKSO rəhbəri tərəfindən təsdiqlənir və mehmanxanaya bu barədə məlumat çatdırılır.
• Auditə ən azı 3 gün qalmış ekspert-auditorlar tərəfindən şikayətlərə baxılır və "TrustYou" platformasından rəylər yoxlanılır.
• Audit qərarına uyğun olaraq və Dövlət Turizm Agentliyinin 2 may 2023-cü il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” əsasında qiymətləndirmə aparılır və hesabat hazırlanır.
• Audit hesabatı MUKSO-nun Qiymətləndirmə və qərarvermə komissiyasına təqdim edilir.
• Qiymətləndirmə və qərarvermə komissiyası audit hesabatlarını və digər sübutları nəzərdən keçirir.
• Qiymətləndirmə və qərarvermə komissiyası (QK) iclaslarında alınan qərarlar protokol əsasında təsdiqlənir və 3 gün ərzində mehmanxananın elektron poçt ünvanına göndərilir.
• Qərarla razı olmayan mehmanxana qərar təqdim edildiyi tarixdən etibarən 15 gün ərzində “Apellyasiya Müraciəti” Forması vasitəsilə apellyasiya şikayəti vermə hüququna malikdir.
• Müəyyən edilmiş müddətdən sonra daxil olan müraciətlər qəbul edilmir və bu barədə müraciət edən mehmanxanaya məlumat verilir.
• Apellyasiya müraciətləri MUKSO-nun müvafiq standarta uyğun olaraq təsdiq edilən “Apellyasiyalar” Proseduru” ilə tənzimlənir.
Təkrar auditə dair müraciətlər MUKSO-nun rəsmi e-poçt ünvanına ([email protected]) göndərilməlidir.
1. “Sifariş” forması
2. “Şikayətlər” Proseduru
3. “Apellyasiyalar” Proseduru
4. “Loqotipdən istifadə” Proseduru
5. Qərəzsizlik Bəyannaməsi
6. Keyfiyyət Sahəsində Siyasət
7. “Apellyasiya Müraciəti” Forması
8. Tarif cədvəli (Əmri)
9. Rekvizitlər forması
Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma Orqanının (MUKSO)
e-mail ünvanı: [email protected]
Sertifikatlaşdırma sektorunun əlaqə nömrəsi – +994 12 505 8704 (ext. 1355; 1940; 1378)