Faydalı linklər



20 noy 2026
Azərbaycanın turizm imkanları Yunanıstanda tanıdılıb

Azərbaycan Turizm Bürosu (ATB) 18-19 noyabr tarixlərində Yunanıstanın paytaxtı Afinada keçirilən tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edib.

ətraflı
19 noy 2026
Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən 16-18 noyabrda Belarusun üç şəhərində silsilə turizm seminarları təşkil edilib. Seminarların keçirilməsində məqsəd Azərbaycanın ilboyu səyahət üçün əlverişli turizm istiqaməti kimi tanıdılması, ölkəmizin müxtəlif turizm imkanlarının təbliği və Belarusun turizm sənayesi nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi olub.

ətraflı
19 noy 2026
COP31 çərçivəsində turizmin iqlim dəyişikliyində yeri məsələləri müzakirə olunub

Türkiyənin Antalya şəhərində keçirilən COP31-də 18 noyabrda təşkil edilən Turizm Tematik Günü tədbirləri çərçivəsində Azərbaycan pavilyonunda Dövlət Turizm Agentliyinin və BMT Turizmin (UN Tourism) birgə təşkilatçılığı ilə “Turizm, ərzaq sistemləri və qida tullantılarının azaldılmasının iqlim baxımından əhəmiyyəti” adlı beynəlxalq müzakirə sessiyası keçirilib.

ətraflı
13 noy 2026
Azərbaycan Cənubi Koreya ilə turizm əlaqələrini ATB-nin Seulda təşkil etdiyi işgüzar formatlı tədbir vasitəsilə gücləndirir

Azərbaycan Turizm Bürosu (ATB) 9 noyabr 2026-cı il tarixində Cənubi Koreyanın Seul şəhərində işgüzar formatlı görüş keçirib. Tədbirdə Cənubi Koreyanın turizm sənayesinin 39 nümayəndəsi və Azərbaycanın dörd turizm şirkəti iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanın turizm imkanlarını təqdim etmək və Cənubi Koreyanın turizm nümayəndələri ilə işgüzar əlaqələri gücləndirmək olub.

ətraflı
12 noy 2026
“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

2025-ci ildə çəkiliş məkanlarının seçilməsi ilə başlayan əməkdaşlıq Azərbaycanın zəngin turizm potensialının, mədəni irsinin və müxtəlif bölgələrinin yaponiyalı auditoriyaya tanıdılmasına yönəlmiş davamlı tərəfdaşlığa çevrilib.  Yaponiyanın “VIVANT” serialının ikinci mövsümünün istehsalı ilə bağlı “Tokyo Broadcasting System Television”la (TBS) əməkdaşlıq çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) televiziya layihəsinin ölkəmizin turizm potensialının tanıdılması üçün yaratdığı imkanlardan istifadə edir.

ətraflı
12 noy 2026
Dörd ölkənin turizm sənayesi nümayəndələri Azərbaycanın sağlamlıq turizmi imkanları ilə tanış olublar

Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya, Belarus, Qazaxıstan və Özbəkistandan olan 30-dan çox turizm şirkəti nümayəndəsinin iştirakı ilə Azərbaycana sağlamlıq turizmi üzrə tanışlıq səfəri təşkil olunub.

ətraflı