2 iyun 2025-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində, lüks turizm sahəsində əsas tədbirlərdən biri olan "Fashion Destination Awards 2025" mərasimi keçirildi. Səsvermə və ekspert rəyindən sonra Azərbaycan Turizm Bürosu “Media turunun və DREAM FEST-ə gələn qonaqlar üçün tanıtım səfərinin təşkilinə verdiyi töhfəyə görə” adlı xüsusi nominasiya üzrə mükafatlandırılıb.
Bu mükafat, ATB tərəfindən 2024-cü ilin yayında uğurla həyata keçirilmiş irimiqyaslı layihəyə verilmiş təşəkkür və yüksək qiymətləndirmə idi. Bakıda keçirilən Dream Fest festivalı çərçivəsində ATB aparıcı beynəlxalq və regional media nümayəndələrinin, bloggerlərin, eləcə də turizm sənayesinin əsas tərəfdaşlarının gəlişinə və iştirakınına töhfə verib. Layihə geniş rəğbət qazanaraq Azərbaycanın mədəniyyət və tədbirlərə əsaslanan turizm məkanı kimi artan cəlbediciliyi vurğulanıb.