Ulduz təsnifatı
Milli Ulduz Təsnifatı sistemi ölkəmizdə fəaliyyət göstərən hotellərdə xidmət, infrastruktur və avadanlıqların keyfiyyət səviyyəsinin meyarlar əsasında təsdiqlənməsi, beləliklə də, qonaqlara hotellərdə təklif olunan müvafiq xidmət səviyyəsinin təmin olunmasını şərtləndirir.
Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən qurulmuş şəffaf nəzarət sistemi Azərbaycanın hotel sənayesinin beynəlxalq rəqabət qabiliyyətinin qorunması və təkmilləşdirilməsini nəzərdə tutur.
Milli Ulduz Təsnifatı sistemi rəsmi xarakter daşıyır, hotellərin özlərini bazarda aydın şəkildə mövqeləndirməyə, eyni zamanda müştərilərə hotel seçimi zamanı keyfiyyət və şəraiti düzgün qiymətləndirməyə imkan verir.
Ulduzlar istənilən hotelin təklif etdiyi xidmətlərin səviyyəsini asanlıqla anlamaq üçün vacibdir və rəqəmsal rezervasiya sistemlərinə inteqrasiya edilə bilər. Qeyd etmək lazımdır ki, turistlərin hotel seçimi zamanı ulduzların xüsusi əhəmiyyəti var.
Ulduz təsnifatı ilə hotellər əhəmiyyətli rəqabət üstünlüyü əldə edirlər. Bu təsnifat sistemi qonaqlara Avropada da tətbiq olunan və aydın şəkildə müəyyən edilmiş standartları təqdim edir. Bundan əlavə, hotellər AHA, Azərbaycan Turizm Bürosu və “Hotelstars Union” birliyinin marketinq və ictimaiyyətlə əlaqələr fəaliyyətlərindən də faydalanacaqlar.
Təsnifat üçün müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edərək formanı doldurun. Növbəti addımlar üçün komandamız qısa müddətdə sizinlə əlaqə quracaq.
Müraciət et