Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərən Destinasiya Menecmenti Təşkilatları əhatə etdikləri regionların turizm imkanlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərir.

2019-cu ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması üzrə yeni qurumların yaradılması barədə qərar qəbul etdi. Bu qurumlar Destinasiya Menecmenti Təşkilatı (DMT) adlanır.

DMT-lərin məqsədi Azərbaycanın regionlarında turizmin dayanıqlı inkişafına rəhbərlik etmək, müxtəlif maraqlı tərəflərin fəaliyyətini əlaqələndirmək, turizm təşviqatını aparmaq və idarə etməkdir.

DMT-lər Azərbaycanın aparıcı regional turizm bölgələrini təmsil edərək bir neçə rayonu birləşdirir və milli səviyyədə turizm təşkilatları və dövlət sektoru, özəl sektor, regional və yerli səviyyələrdə icmalar arasında birbaşa əlaqə kimi fəaliyyət göstərir. 

DMT-lərin fəaliyyəti üç əsas bazaya uyğun olaraq təşkil edilir:

  • Turizm marketinqi və kommunikasiyaları: turizm yönümlü marketinq fəaliyyətləri, rəqəmsal və çap mediasında təşviqat, reklam və PR fəaliyyətləri; festivallarda və digər tədbirlərdə iştirak etmək;
  • Turizm biznesi və məhsullarının inkişafı: turizm resurslarının inkişaf etdirilməsi məqsədilə özəl sektor və icmaların keyfiyyətli məhsul və xidmətlərə investisiya qoyulmasını asanlaşdırmaq və onlara yardım etmək üçün dövlət sektoru ilə işləmək;
  • Turizmdə insan resurslarının inkişafı və standartlar: turizm sahəsini tanıtmaq, icmaların, biznesin və dövlət sektorunun potensialının turizm sahəsində gücləndirilməsini dəstəkləmək və turizm sənayesindəki keyfiyyət standarlarında davamlı təkmilləşməni təşviq etmək.

Hazırda Azərbaycandakı DMT şəbəkəsi aşağıdakı bölgələri əhatə edir:

Gəncə DMT

Qərb

Gəncə Şəmkir Tovuz Gədəbəy Göygöl Daşkəsən Naftalan Mingəçevir 

[email protected]

+99422 266 2383; +99451 206 8128

Gəncə şəhəri, Heydər Əliyev meydanı, İcra hakimiyyəti binası, 3-cü mərtəbə

Quba DMT

Şimal

Quba Qusar

[email protected]

+99470 644 6465

Quba şəhəri, Fətəli Xan küçəsi 100

Lənkəran DMT

Cənub

Lənkəran  Astara Lerik Masallı

[email protected]

+99425 255 4843

Lənkəran şəhəri, Qala xiyabanı 11

Şəki DMT

Şimal Qərb

Şəki Qax Balakən Zaqatala

[email protected]

+99424 244 6095

Şəki şəhəri, Şəki qala divarları kompleksi, Sənətkarlar evi, 2-ci mərtəbə