Azərbaycan Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Qlobal Destinasiya Tərəfdaşlığı çərçivəsində Finlandiyanın Ruka şəhərində keçirilən FIS Nordic Combined Dünya Kuboku mərhələsində ilk dəfə olaraq təqdim olunub. Bu təqdimat tərəfdaşlığın aktivasiya mərhələsinin rəsmi başlanğıcı olmaqla Azərbaycanın qış idmanları üzrə qlobal arenada mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Qlobal Destinasiya Tərəfdaşı kimi Azərbaycan, FIS-in beynəlxalq platformasında təqdim olunacaq və tədbir çərçivəsində həyata keçiriləcək inteqrə olunmuş tanıtım fəaliyyətləri ilə dəstəklənəcək. Tərəfdaşlığın məqsədi Azərbaycanın qış turizmi potensialının təbliği, ölkə üzrə qış turizmi imkanları barədə məlumatlılığın artırılması və beynəlxalq auditoriya ilə əlaqələrin qurulmasıdır.
Azərbaycanın ilk dəfə FIS Nordic Combined Dünya Kuboku mərhələsində təqdim olunması 2025/26-cı il qış mövsümü və növbəti illər üçün qlobal tanıtımın və genişlənən əməkdaşlığın əsasını qoyan mühüm mərhələdir.