Azərbaycan Turizm Bürosu Çin Xalq Respublikasında destinasiyasiyanın tanıdılması üzrə fəaliyyətlərini davam etdirir.
Dekabr ayında Azərbaycan Turizm Bürosu China Travel Group (CTG) ilə birgə Jinan, Şijiazhuang və Tayüan şəhərlərində silsilə seminarlar təşkil edib.
Seminarlarda Çinin turizm sənayesini təmsil edən 300-dən çox nümayəndə iştirak edib.
Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.
Aparılan ardıcıl tanıtım fəaliyyətləri nəticəsində Azərbaycan Çində və beynəlxalq arenada tanınan aparıcı turizm platformaları tərəfindən mədəni-tarixi turizm, səyahət təcrübəsi və davamlı inkişaf sahələrində ilin ən yaxşı destinasiyalarından biri kimi qiymətləndirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr dövründə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 60 636 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% artım deməkdir.