Aprelin 2-də “Sea Breeze Resort” və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə yerli turizm şirkətləri nümayəndələri üçün kurortun yerləşdirmə imkanlarına həsr olunmuş infotur təşkil olunub.
İnfotur çərçivəsində turizm sənayesi nümayəndələri üçün Azərbaycan Turizm Bürosu nümayəndələri tərəfindən turizm məhsulunun yaradılması mövzusunda təqdimat keçirilib.
Tədbir iştirakçıları üçün kurortun infrastrukturu, xidmət səviyyəsi və imkanlarını yerində qiymətləndirmək məqsədilə sahə inspeksiyası keçirilib. Bu, iştirakçılara turizm məhsulunu və onun müştərilər üçün təqdim etdiyi imkanları yaxından tanımaq imkanı yaradıb.
Tədbirin əsas məqsədi turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq perspektivlərini gücləndirmək və “Sea Breeze Resort”-u ölkənin önəmli turizm istiqamətlərindən biri kimi tanıtmaq olub.