25 may 2026
Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə “İstanbul Gelişim Universiteti”nin tələbə-mütəxəssis qrupuna ölkəmizin turizm imkanları təqdim olunub.
İştirakçılar arasında turizm sahəsində magistratura təhsili alan turizm mütəxəssisləri, həmçinin turizm şirkətləri nümayəndələri və akademiklər yer alıb.
Görüş çərçivəsində iştirakçılara Azərbaycanın əsas turizm məhsulları barədə təqdimat nümayiş etdirilib və müzakirələr aparılıb.
İnteraktiv şəbəkələşmə sessiyası ilə davam edən görüşdə iştirakçılar, həmçinin milli şirniyyat nümunələri və ölkəmizin çay mədəniyyəti ilə tanış olublar.