7 sentyabr tarixində İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi, “Dreamland Golf Club” və Azərbaycan Milli Qolf Klubunun birgə əməkdaşlığı çərçivəsində qolf turizmi üzrə xüsusi şəbəkələşmə tədbiri təşkil edib.
Tədbirdə Türkiyənin qolf turizmi sənayesinin aparıcı mütəxəssisləri, tanınmış qolf jurnalistləri və media nümayəndələri, eləcə də Türkiyə Qolf Federasiyasının nümayəndəsi daxil olmaqla, 12-dən çox qonaq iştirak edib.
Tədbir zamanı qonaqlar Azərbaycan Turizm Bürosu, eləcə də “Dreamland Golf Club” və Azərbaycan Milli Qolf Klubu tərəfindən ölkəmizin premium qolf turizmi istiqaməti kimi artan potensialını vurğulayan destinasiya təqdimatları nümayiş edilib.
Proqram çərçivəsində qonaqlara Azərbaycan çayı və ənənəvi milli şirniyyatlar, qutab və Azərbaycan şərabından ibarət milli mətbəx nümunələri təqdim olunaraq ölkəmizin zəngin kulinariya irsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Tədbir Azərbaycan və Türkiyənin qolf və lüks turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.