Çin
ölkə profili
Çin
ölkə profili
Qonaqların sayı, gecələmə və xərcləmələrin artması ilə Çin Azərbaycanın turizm sektoru üçün əsas hədəf bazarlardan biri hesab olunur.
Azərbaycan üçün əhəmiyyəti
2023-cü ildə Azərbaycana 23.153 Çinli turist səfər edib. Turistlərin ən yüksək nisbəti yaz və qış mövsümlərində müşahidə olunur. Azərbaycanın tarix və mədəniyyəti, təbiəti, qonaqpərvərliyi, mətbəxi, müasirliklə qədimliyin yaratdığı vəhdət Çinli ziyarətçilər tərəfindən yüksək qiymətləndirilir. Birbaşa uçuşlar Pekindən (AZAL) və Urumçidən (Southern Airlines) həyata keçirilir.
Çinli turistlər
Çinli ziyarətçilər daha çox yaz və payız mövsümündə səyahət edir və əsasən görməli məkanları, tarixi və mədəni yerləri kəşf etməyə üstünlük verirlər. Bir ölkədə təxminən 4-5 gün vaxt keçirirək kombo turlarda iştirak edirlər. Lakin Azərbaycanda quru sərhədlərinin bağlı qalması böyük maneə yaradır, çünki Çindən gələn turistlər Gürcüstanla quru sərhədini keçərək səyahət etmək istəyirlər.
İnformasiya mənbələri: İnternet, dost-tanış tövsiyəsi, video materiallar, jurnallar, televiziya proqramları, sosial şəbəkə (WeChat, Weibo).
Yüksək onlayn istifadə: YouTube, Facebook və Instagram kimi populyar sosial media platformalarının Çində istifadəsi qadağandır. Lakin WeChat, Weibo və Youku kimi alternativlər mövcuddur.
Səyahət qərarlarının qəbulu: Çinli ziyarətçilər səfərlərini adətən yarım il əvvəldən planlaşdırır və kombo turlar seçirlər.
Nəqliyyat vasitələri: Çinli turistlər əsasən təyyarə ilə səyahət edirlər.
Əsas tətil maraqları: Şəhər tətilləri, ailə/uşaq kurortları, alış-veriş, təbiət və ekoturizm, sağlamlıq və müalicə.
Fəaliyyətlər: Görməli yerləri gəzmək, milli yeməkləri dequstasiya etmək, masterklaslarda iştirak etmək və alış-veriş etmək.
Destinasiya seçimində üstünlüklər: Təhlükəsizlik, qonaqpərvərlik, qastronomiya, zəngin tarix və mədəniyyət.
Ən çox ziyarət edilən yerlər: Bakı, Şəki, Gəncə, Lənkəran.
Əlaqələr:
Azərbaycan və Çin arasında qarşılıqlı sıx əlaqələr mövcuddur. Pekin şəhərində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi fəaliyyət göstərir.