Hindistan
ölkə profili
Hindistan
ölkə profili
Hindistan Azərbaycanın turizm sektoru üçün perspektiv hədəf bazarlarından biridir. Hazırda gələn ziyarətçilərin, gecələmə və xərclərin statistik göstəricilərinə əsasən Azərbaycana səfər edən ilk 5 ölkə arasında yer alır.
Azərbaycan üçün əhəmiyyəti
Ölkəmiz Hindistandan gələn turistlər üçün maraqlı və cəlbedici turizm destinasiyalarından biri hesab olunur. Azərbaycanın açıq cəmiyyəti, qonaqpərvərliyi, Avropanı xatırladan şəhərləri, mütəmadi keçirilən festivalları və idman tədbirləri Hindistanlı turistlər tərəfindən yüksək qiymətləndirilir. Həmçinin Azərbaycan zərdüştilər üçün xüsusi maraq doğuran və hind mətbəxinin əlçatan olduğu destinasiyadır. Hindistanlı ziyarətçilər Azərbaycana birbaşa Dehli və Mumbay və ya Dubay, Əbu-Dabi, Şarja, Doha, İstanbul və digər tranzit şəhərlər vasitəsilə gələ bilər.
Əsas tətil dövrləri:
Hindistanlı turistlər festivallar zamanı və uzunmüddətli həftəsonları səyahət etməyi üstün tuturlar, lakin qısamüddətli həftəsonu səfərləri üçün də səyahət rezervasiyaları artmaqdadır.
Aprel-may - Uşaqlı ailələr
Oktyabr-noyabr - Gənc cütlüklər
Aprel-may və oktyabr-noyabr aylarında individual səyahətçilər
Noyabr- fevral – Toyu olan cütlüklər
Yanvar-mart - Bal ayı
Hindistanlı ziyarətçilər
Hindistanlı səyahətçinin orta hesabla qalma müddəti 12-15 gündür. Səfər edənlərin 75%-i yeni istiqamətləri kəşf etməyə meyillidir. Hindistan, həmçinin dünyanın ən böyük və sürətlə böyüyən işgüzar səyahət bazarıdır. Hindistanlıların təxminən 30-40%-i vegetariandır və əksəriyyəti ingilis dilində sərbəst danışır.
İnformasiya mənbələri: Facebook, Instagram, YouTube, TripAdvisor, TravelXP, Google, səyahət agentləri.
Yüksək onlayn istifadə: Facebook (30%), YouTube (30%), WhatsApp (28%), Instagram (19%), Google Plus (19%). Əhalinin bu qədər çox olması öz sosial şəbəkə platformalarına (90-dan çox) tələbat yaratmışdır.
Səyahət qərarlarının qəbulu: 7-10 günlük daha uzun səfərlər minimum 2-3 ay əvvəldən planlaşdırılır. Uzunmüddətli həftə sonları, Yeni il və bayram tətilləri ərəfəsində 4-5 günlük qısamüddətli səfərlər planlaşdırılır.
Nəqliyyat vasitələri: Xarici səyahətlər üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin 98%-ni hava yolu nəqliyyatı təşkil edir.
Əsas tətil maraqları: Şəhər tətilləri, ailə/uşaq kurortları, idman tədbirləri, alış-veriş, əyləncəli fəaliyyətlər və çimərlik tətilləri.
Fəaliyyətlər: görməli yerləri gəzmək, hind restoranlarına, gecə klublarına baş çəkmək, alış-veriş etmək, haykinq, off-road turlar, xizəksürmə və atıcılıq.
Destinasiya seçimində üstünlüklər: Təhlükəsizlik, pulun dəyəri, qonaqpərvərlik, soyuq hava, asan viza prosedurları, İngilis dili bilikləri, hind mətbəxi, geniş çeşiddə 4-5 ulduzlu hotellər. Səyahətlərin rezervasiyası zamanı ziyarətçilərin 36%-i onlayn, 29%-i isə səyahət agentlərinə üstünlük verir.
Ən çox ziyarət edilən yerlər: Bakı, Abşeron, Qusar, Qəbələ və Şəki.
Bazar strategiyası
Hindistan bazarı üçün marketinq strategiyası əsas tərəfdaşlara fokuslanaraq Azərbaycan üçün unikal, yüksək keyfiyyətli və sərfəli məhsul olaraq niş yaratmağı əhatə edir.
Hindistan bazarı üçün əsas tövsiyələr
Uçuşlar
AZAL: Dehli-Bakı / həftədə 3 dəfə
Mumbay-Bakı / həftədə 3 dəfə
IndiGo Airlines: Dehli-Bakı / həftədə 4 dəfə
Aşağıdakı cədvəldə son 5 ildə ziyarətçilərin Hindistandan Azərbaycana gəlmə statistikası verilir.
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
39013 |
65058 |
12769 |
5695 |
60731 |
117302 |
Əlaqədar şəxs:
Cənubi Asiya regionu üzrə menecer
Elman Məmmədov