London Snow Show 2026
AvropaLondon, İngiltərə
London, İngiltərə
Nəzərinizə çatdırmaq istərdik ki, 17–18 oktyabr 2026-cı il tarixlərində İngiltərənin London şəhərində, Olympia London (National Hall) sərgi mərkəzində keçiriləcək London Snow Show 2026 sərgisində iştirak üçün qeydiyyat artıq başlayıb.
Böyük Britaniyanın ən böyük “Snow Show” sərgisinin 50-ci buraxılışı dünyanın müxtəlif yerlərindən olan kurortları, ilhamverici məruzəçiləri və ən yaxşı avadanlıqları bir məkanda bir araya gətirərək, əsasən birbaşa istehlakçılara (B2C) yönəlmiş, xizəkçiləri, snoubord həvəskarlarını və açıq hava macəra sevərlərini hədəfləyən bir tədbirdir.
Sərgidə idmançılar və sahə ekspertlərinin geniş iştirakçı heyəti təqdim olunacaq. Onlar performans, qidalanma və qar idmanı sahəsinin gələcəyini formalaşdıran müasir texnologiyalar da daxil olmaqla müxtəlif mövzularda məlumat və təcrübələrini paylaşacaqlar. Seminarlar ən son yenilikləri praktik şəkildə nümayiş etdirmək, həm nəzəri, həm də praktik öyrənmə imkanları təqdim etmək üçün hazırlanmışdır.
Bu tədbir yalnız innovasiyaların nümayişi üçün platforma deyil, həm də qış idmanlarına həvəsi olan və ətraf mühitə qayğı göstərən bütün iştirakçılar üçün görüş nöqtəsidir.
İştirak haqqı: 1000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi demək deyil. İştirakınız qeydiyyat müddəti başa çatdıqdan sonra yenidən yoxlanılacaq və təsdiqləndikdən sonra rəsmiləşdiriləcək. Tədbirin keçiriləcəyi məkan və ətraflı proqram yalnız iştirakı təsdiqlənmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək.
Qeydiyyat üçün son tarixi: 20 avqust 2026-cı il
Əlavə məlumat üçün:
[email protected]