CIMX 2026
Uzaq ŞərqPekin, Çin
Pekin, Çin
Biz məmnuniyyətlə bildiririk ki, 3-5 noyabr 2026-cı il tarixlərində Çinin Pekin şəhərində keçiriləcəkCIMX 2026 sərgisində iştirak üçün qeydiyyat artıq başlayıb.
“İnnovasiya, Əlaqələr, Biznes İmkanları” mövzusuna əsaslanan CIMX sərgisi MICE (MICE – Meetings, Incentives, Conferences, Exhibitions) sektorunun bütün dəyər zəncirini əhatə edəcək.
Tədbir qlobal təchizatçıları, sahə ekspertlərini və aparıcı müəssisələri bir araya gətirərək beynəlxalqəməkdaşlığı və biznesin inkişafını təşviq edəcək. Seçilmiş hosted buyer-lər, bir-birinə uyğunlaşdırılmışgörüşlər və xüsusi şəbəkələşmə fəaliyyətləri sayəsində CIMX iştirakçılara yeni biznes imkanlarını açmaqvə uzunmüddətli tərəfdaşlıqlar qurmaq imkanı verəcək.
İştirak haqqı: 1000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi demək deyil. İştirakınız qeydiyyat müddəti başa çatdıqdan sonrayenidən yoxlanılacaq və təsdiqləndikdən sonra rəsmiləşdiriləcək. Tədbirin keçiriləcəyi məkan və ətraflıproqram yalnız iştirakı təsdiqlənmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək.
Qeydiyyat üçün son tarixi: 15 sentyabr 2026-cı il
Əlavə məlumat üçün:
[email protected]