Azərbaycan Turizm Bürosunun iştirakı ilə 11 sentyabr 2024-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “MİCE4U” tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.
Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentlikləri ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib. “MİCE4U” tədbirində iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin ölkə tərəfindən tədqiqat fəaliyyətləri genişləndirmək kimi məsələlər daxildir. Bu səfərdən gözlənilən nəticə, Rusiyanın və Azərbaycan arasında turist axınının artması, o cümlədən iki olkə arasında işgüzar turizm tərəfdaşlığının möhkəmləndirilməsi və genişləndiriliməsidir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan ümumilikdə Azərbaycana 501 417 nəfər səfər edib ki, bu da 2023-cu il ilə (426 177 nəfər) müqayisədə 18%-dan çox artımdır.