Azərbaycan Turizm Bürosu (ATB) 18-20 may tarixlərində 10-dan çox yerli tərəfdaş ilə birlikdə açıq hava fəaliyyətlərindən sağlamlıq və rekreasiya, eləcə də qastronomiya nümunələrinə qədər Azərbaycanın turizm imkanlarını və ümumi yenilikləri Hindistan tanıtmaq məqsədilə “SATTE” sərgisində iştirak edir.
“Ötən iki il ərzində hindistanlı turistlərin Azərbaycanda özlərini rahat hiss etmələri və ölkəmizin təqdim etdiyi əvəzsiz təcrübələrdən həzz almaları üçün yorulmadan çalışmışıq. Nəhayət, uzun müddətdən sonra SATTE sərgisində yenidən iştirak edərək hava yolu şirkətləri, tur operatorlar, onlayn səyahət agentlikləri, media nümayəndələri kimi sənaye tərəfdaşlarımızla yenidən birbaşa əlaqə qurmaq bizi çox sevindirir,” deyə ATB-nin Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
Azərbaycana səyahət edənlərin sayı 2019-cu ildə rekord həddə çataraq 3,2 milyon olmuşdur və həmin vaxt Hindistandan ölkəyə səfər edənlərin sayı 2018-ci il ilə müqayisədə 66,8% artaraq 65 minə çatmışdır. Ən son statistik məlumatlara əsasən, 2022-ci ilin yanvar-aprel aylarında bu rəqəm 6,170 təşkil etmişdir. “Statistik məlumatlara nəzər saldıqda görürük ki, hələ ki, pandemiyadan əvvəlki rəqəmləri keçə bilməmişik. Buna baxmayaraq, rəqəmlər davamlı şəkildə artmağa davam edir. Bu isə tezliklə pandemiyadan əvvəlki rəqəmlərə çatacağımızı deməyə imkan verir”, deyə Əsgərov əlavə edib.
Uzun müddətdir ki, davamlı turizm təkliflərinin hazırlanması üzrə çalışan ATB eyni zamanda ölkənin mövcud resurslarının mühafizəsi və gücləndirilməsini prioritet qəbul edərək fəaliyyətinə davam edir. Slou Fud səyahət, yeni haykinq, kempinq və glempinq marşrutları, Palçıq Vulkanları Turizm Kompleksi, quş müşahidəçiliyi unikal turizm məhsulları arasındadır. Azərbaycan eyni zamanda individual səyahətçilər və qadın qruplar üçün ən təhlükəsiz ölkələrdən biri hesab olunur.
Digər tərəfdən, möhtəşəm toy məkanları, spa və adrenalin dolu fəaliyyət növləri kimi geniş xidmətlər verən tərəfdaşlar ölkənin unudulmaz xatirələrlə yadda qalacaq toy destinasiyası kimi seçilməsinə müsbət təsir göstərməkdədir.
Ailəvi istirahət, uşaqlar üçün əyləncə imkanları axtaranlar üçün Qafqaz dağlarının əhatəsində Şamaxıda safari turu, Şahdağ Turizm Mərkəzində “dağ kosteri” kimi də tanınan “Alpine Coaster” attraksionu, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ərazisində istifadəyə verilmiş dağ yelləncəyi və s. kimi açıq hava fəaliyyətləri ilə yanaşı paytaxt Bakı şəhərində dünyanın ilk neft tankeri muzeyi və yenidən bərpa edilmiş zoopark yeni təkliflər arasındadır.
Digər tərəfdən, müxtəlif miqyaslı tədbirlər üçün istifadə olunması nəzərdə tutulan məkanlar, eləcə də lüks hotellər, beynəlxalq və yerli hotel zəncirlərindən kiçik butik hotellərə qədər müxtəlif yerləşmə seçimləribib mövcud olması Azərbaycanın işgüzar tədbirlər üçün seçilməsinə təsir göstərən amillər arasındadır.
ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri də Qarabağ regionunda turizm təkliflərinin ərsəyə gətirilməsidir. Artıq bir beynəlxalq hava limanının açılışının olduğu bu regionda daha iki beynəlxalq hava limanı tikilir. Eyni zamanda açıq havada istirahət, sağlamlıq və rekreasiya, eləcə də mədəni marşrutlar kimi müxtəlif istiqamətlər üzrə turizm təkliflərinin hazırlanması üçün işlər davam edir.
Eyni zamanda toy təşkilatçıları daxil olmaqla, Hindistandan gələn qonaqların ən yüksək səviyyədə qarşılayacaq Courtyard by Marriott Baku və InterContinental Baku kimi lüks hotellərin sırasına Ritz-Carlton və Hotel Indigo hotellərinin daxil edilməsi gözlənilir. Aşağı büdcəyə uyğun butik hotellərin də olduğu şəhərdən uzaqlaşmaq istəyənlər isə təbiət qoynunda yerləşən kiçik hotelləri seçə bilərlər.
Qeyd edək ki, 10-12 iyun tarixlərində 6-cı Formula 1 Azərbaycan Qran Prisi baş tutacaq. 2021-ci ildən fərqli olaraq, tamaşaçılar Fevral ayından başlayaraq yarış biletlərini əldə edə bilərlər.
Hal-hazırda 87 ölkənin 18 yaşdan yuxarı vətəndaş və rezidentləri tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənədi (COVID pasport) təqdim edərək hava yolu ilə Azərbaycana səfər edə bilərlər.
Daha ətraflı məlumat üçün Azerbaijan.travel veb saytınız ziyarət edə bilərsiniz.