Qazaxıstan
ölkə profili
Aprel 2026-cı il
Qazaxıstan Azərbaycan turizm sektoru üçün strateji baxımdan əhəmiyyət kəsb edən bazarlardan birinə çevrilməkdədir. 2025-cü il ərzində Azərbaycan qazaxıstanlı turistlərin ən çox səfər etdiyi ölkələrdən biri olmuşdur. Qazaxıstandan gələn turistlər ölkəmizin zəngin təbii resurslarını və mədəni irsini yüksək dəyərləndirirlər. Onların əsas maraq dairəsinə xüsusilə sağlamlıq turizmi daxil olmaqla, kurortlar, termal spa mərkəzləri və müasir tibbi xidmətlər daxildir. Bu kontekstdə Azərbaycan sağlamlıq yönümlü turizm məhsulları ilə cəlbedici və rəqabətqabiliyyətli istiqamət kimi qiymətləndirilir.
Qazaxıstanlı turistlərin Azərbaycana artan marağı iki ölkə arasında mövcud olan güclü iqtisadi, mədəni və regional əməkdaşlıqla yanaşı, sağlamlıq, istirahət və qastronomiya sahələrindəki ortaq maraqlarla da stimullaşdırılır. Bununla yanaşı, əlverişli coğrafi mövqeyi, vizasız rejimi və inkişaf etmiş turizm infrastrukturu ölkəmizi həm qısamüddətli səfərlər, həm də uzunmüddətli istirahət üçün cəlbedici turizm istiqamətinə çevirir.
İyun – avqust: yay tətili, ilin ən uzun səyahət dövrü
Martın sonu və aprelin əvvəli: Novruz və Ramazan bayramları
1–11 may: may bayramları
25 oktyabr – 5 noyabr: Respublika günü və payız məktəb tətilləri
Dekabr – yanvarın əvvəli: Müstəqillik günü, qış tətilləri, Yeni il
Qazaxıstanlı turistlər əsasən 25–44 yaş aralığında olur, ən aktiv səyahət edən qrup isə 25–34 yaş segmentidir. 2025-ci il etibarilə bu qrup maliyyə baxımından aktiv, şəhər mühitində yaşayan, artan sərbəst gəlirə malik və beynəlxalq səyahətlərə güclü maraq göstərən əhalini təmsil edir.
2025-ci ildə outbound turizm dönüş nöqtəsinə çatmış, turistlər getdikcə Türkiyə, Misir və BƏƏ kimi ənənəvi kütləvi istiqamətlərdən kənara çıxaraq yeni istiqamətləri araşdırmağa başlamışdır. Gənc peşəkarlar və orta-yüksək gəlirli qruplar daha müxtəlif, təcrübə yönümlü və yüksək keyfiyyətli səyahətlərə olan tələbi formalaşdırır.
• Yay və çimərlik tətilləri: 2025-ci ildə ən dominant seqment olaraq qalır; əsas istiqamətlər Türkiyə, Misir, BƏƏ və Taylanddır. Bununla belə, alternativ çimərlik istiqamətlərinə və daha premium “all-inclusive” və ya butik resortlara yönəlmə müşahidə olunur.
• Şəhər turları və mədəni turizm: 2025–2026-cı illərdə populyarlığı artır; Avropa istiqamətlərinə, memarlığa, qastronomiyaya və mədəni təcrübələrə maraq yüksəlir.
• Wellness və tibbi turizm: Spa resortlar, termal müalicələr və profilaktik sağlamlıq proqramlarına tələbin artması ilə güclü və inkişaf edən seqmentdir.
• Lüks turizm: Yüksək gəlirli turistlər premium hotellər, eksklüziv təcrübələr və fərdiləşdirilmiş xidmətlər axtarırlar.
• Təbiət və açıq hava fəaliyyətləri: Qazax turistlər açıq hava fəaliyyətlərini sevirlər — yürüş, kampinq və qış kurortlarında xizək sürmə (məsələn, Şımbulak və ya Medeo). Təbiət həvəskarları mənzərəli landşaftlar, dağlar, göllər və milli parklar olan istiqamətləri seçirlər.
• Macəra və ekstremal idman: Paraplan, trekinq və hətta ov turları kimi ekstremal fəaliyyətlərə maraq artır, xüsusilə gənc turistlər arasında.
• Tədbirlər və festivallar: Musiqi festivallarına (xüsusilə Avropa və ABŞ ifaçıları), idman tədbirlərinə və digər eventlərə yüksək maraq mövcuddur.
Dil: Qazaxıstanda rus dili geniş istifadə olunduğundan, əhalinin əhəmiyyətli bir hissəsi məhz rusdilli kommunikasiya mühiti olan turizm istiqamətlərinə üstünlük verir. Bu səbəbdən, rus dilinin başa düşüldüyü və ya fəal şəkildə istifadə edildiyi ölkələr qazaxıstanlı turistlər üçün daha əlverişli hesab olunur.
Mədəni və tarixi əlaqələr: Azərbaycan və Qazaxıstan ortaq türk mənşəli ənənələrə, İslam mədəniyyətinə və oxşar tarixi irsə malikdirlər. Bu amillər qarşılıqlı anlayış və mədəni yaxınlıq fonunda turizm əlaqələrinin inkişafına əlverişli zəmin yaradır.
Yaxın istiqamətlər: İki ölkə arasında mövcud olan coğrafi yaxınlıq və vizasız rejim sayəsində səyahət logistikası sadələşmişdir. Bu da qazaxıstanlı turistlərin regiondaxili səfərlərə üstünlük verməsinə səbəb olur.
Qış və yay fəsillərində istirahət imkanları: Azərbaycanda həm yay aylarında çimərlik turizminin, həm də qış aylarında dağ-xizək fəaliyyətlərinin mövcudluğu Qazaxıstandan gələn turistlər üçün xüsusi maraq doğurur. Fəsillərə uyğun olaraq diversifikasiya olunmuş istirahət imkanları bu bazar üçün əlavə cəlbedicilik yaradır.
Təhlükəsizlik məsələləri: Qazaxıstan vətəndaşları turizm istiqaməti seçərkən təhlükəsizlik və siyasi sabitlik faktorlarını prioritet hesab edirlər. Azərbaycanın bu sahədəki mövcud imici turistlərin özlərini səyahət zamanı güvənli və komfortlu hiss etmələrinə şərait yaradır.
Ailə istirahəti: Qazaxıstanda ailə institutunun mühüm sosial əhəmiyyətə malik olması səbəbilə, uşaqlarla səyahət edən turistlər adətən ailə üzvlərinin maraqlarını nəzərə alan xidmət və fəaliyyətlər təqdim edən istiqamətləri seçirlər. Bu kontekstdə ailəvi istirahət üçün uyğun şəraitə malik turizm imkanları xüsusi əhəmiyyət daşıyır.
2025-ci ildə Qazaxıstan turistləri xarici tətilə hər biri üçün orta hesabla 1,300 ABŞ dolları xərcləyiblər.
Ailələr
Cütlüklər
Dostlar
Sosial media (YouTube (22.8%), Facebook (20.3%), Twitter (17.5%), Pinterest (11.8%), Instagram (11.8%) və Reddit (8.7%))
Dost tövsiyələri
Turizm agentlikləri
Onlayn səyahət agentlikləri
Televiziya proqramları (Kazakhstan TV, Khabar TV, Astana TV)
Radio (Qazaq Radio, Radio Astana)
Qəzetlər (Egemen Qazaqstan, Kazinform)
Qazaxıstanlı turistlər, xüsusilə gənc nəsil, səyahətləri çox vaxt son anda bron edirlər. Həftəsonu səfərləri daxil olmaqla, qısamüddətli turlara tələbat artmaqdadır. Qazaxıstandan gələn turistlər daha çox istirahət və bərpa məqsədli sağlamlıq turlarına üstünlük verirlər.
Lakin turoperatorlar vasitəsilə səyahət edən qazaxıstanlılar səfər paketlərini səyahət tarixindən təxminən 2 ay əvvəl əldə edirlər.
Səyahət agentlikləri
Onlayn bronetmə
Yaşayış obyektləri ilə birbaşa bron
Ən çox istifadə edilən onlayn platformalar: booking.com, aviasales.kz, tripadvisor.ru, tickets.kz, tutu.ru, aviasales.ru, qui-quo.ru, ht.kz, tourvisor.ru, flypgs.com və kompastour.kz
Xüsusi turoperatorları (aktiv idman, MICE, sağlamlıq və qolf yönümlü turlar)
2025-ci ildə qazaxıstanlıların əsas tətil müddəti orta hesabla 10 gün təşkil edib.
Kompas Kazakhstan
Tez Tour Kazakhstan
Travelland.kz
Turan Asia
SAYAKHAT
Kazunion
Pegas Touristik
Anex Tour
Kompas Tour
Fun&Sun
Selfie travel
Join UP

Kazakhstan International Exhibition (KITF) – hər il keçirilir
Luxury Travel Market (LTM) – ildə iki dəfə keçirilir

Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı illər üzrə sabit artım göstərir və 2024-cü ildə 86,304 nəfərdən 2025-ci ildə 103,613 nəfərə yüksəlmişdir (+20%). Bu, bazarın güclü və davamlı şəkildə genişləndiyini, eləcə də sabit tələbin mövcud olduğunu təsdiqləyir.
Qazaxıstandan gələn turistlərin 67%-i istirahət və əyləncə məqsədilə, 21%-i qohum və dost ziyarəti üçün, 5%-i isə işgüzar məqsədlərlə səyahət edir.
Orta hesabla qazaxıstanlı turist Azərbaycanda 1,713 AZN xərcləyir. Büdcənin 44%-i nəqliyyata, 18%-i yerləşməyə, 20%-i isə qida xərclərinə ayrılır.
2025-ci ildə turistlərin 46%-i Azərbaycanda 1–3 gecə, 35%-i isə 4–7 gecə qalır.
Qazaxıstanlı turistlərin ən çox ziyarət etdiyi bölgələr Quba, Qusar, Qəbələ, Gəncə və Naftalandır.
Qazaxıstandan gələn turistlər Azərbaycanda mədəni və tarixi təcrübələrə böyük maraq göstərirlər. Bu təcrübələrə memarlıq abidələri, təbiət turizmi, milli mətbəx və şərab, festivallar və tədbirlər daxildir.
Bakının qədim binaları
Şirvanşahlar sarayı
Atəşgah məbədi
Qobustan qoruğu
Palçıq vulkanları
Yanardağ Qoruğu
Xınalıq qoruğu
Şəki Xan sarayı
Muzeylər və qalereyalar
Heydər Əliyev Mərkəzi
Xalça muzeyi
Əli Şəmsi studiyası
Miniatür kitab muzeyi
Festivallar və tədbir turizmi
Formula 1
Dream Fest
Konsertlər
İdman tədbirləri
Mədəni və kulinariya təcrübələri
Yerli bazarlara səfər
Kulinariya mərkəzləri
Şəki paxlavası dükanları
Lənkəran Sitrus Vadisi
Qara kürü turları
Qastroturlar (o cümlədən Şimali-Qərb bölgələrində “Slow Food” təcrübəsi)
Şərab turları (Meysəri, Savalan, Chabiant və Xan şərabçılıq zavodları)
Tibbi turizm
Naftalan
Duzdağ
Lənkəran
Qalaaltı
Qəbələ (Chenot Palace)
Çimərliklər
Sea Breeze Resort
Amburan Beach Club
The Crescent Beach Hotel
Mərdəkan
Pirşağı
Zuğulba
Bilgəh

Qazaxıstanlı turistlər arasında xaricə səyahət getdikcə daha populyarlaşır və onların əhəmiyyətli hissəsi Cənub-Şərqi Asiya istiqamətlərinə üstünlük verir. Çin əsas istiqamətlərdən birinə çevrilib və ilin sonuna qədər Qazaxıstandan ora səfərlərin 300% artacağı proqnozlaşdırılır. Ardınca Vyetnam 200%, Qətər isə 160% artım göstəricisi ilə gəlir. Ənənəvi olaraq, Türkiyə, Misir, BƏƏ, Vyetnam, Tailand, Çin, Gürcüstan, Maldiv adaları, Qətər və Şri-Lanka Qazaxıstan turistlərinin ən çox səyahət etdiyi ölkələr olaraq qalır.
Almatı və Astana kimi iri şəhərlərdən gələn yüksək gəlirli turistlər üçün Bakı və ölkənin regionlarına yönəlmiş qısamüddətli şəhər tətilləri və həftəsonu turları təşviq edilməlidir. Bu məqsədlə adıçəkilən şəhərlərdə fəaliyyət göstərən aparıcı turoperatorlarla strateji tərəfdaşlıqların qurulması məqsədəuyğundur.
Şımkent, Atırau, Aktobe və digər orta ölçülü şəhərlərdən gələn turistlər üçün Bakı və regionlara uzunmüddətli səfərlərin təşviqi vacibdir. Bu kontekstdə müvafiq bölgələrdə fəaliyyət göstərən yerli turizm agentlikləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi tövsiyə olunur.
Qazaxıstan bazarında marketinq fəaliyyətləri əsasən yüksək və orta seqmentli turist auditoriyalarına yönəldilməli, bu zaman coğrafi mənsubiyyət və səyahət davranışları nəzərə alınmaqla diferensiallaşdırılmış yanaşma tətbiq edilməlidir.
Bakı şəhəri hazırda Avropaya səfər edən qazaxıstanlı turistlər arasında qısamüddətli “stopover” (keçid dayanacağı) kimi dəyərləndirilir. Bu növ dayanacaqlar adətən 2–3 gün davam edir.
Azərbaycanın MICE (biznes tədbirləri, konfranslar və s.) sahəsindəki imkanları Qazaxıstanın artan biznes turizmi tələbatını nəzərə alaraq, məqsədyönlü kommunikasiya və tanıtım kampaniyaları vasitəsilə təqdim edilməlidir.