Azərbaycan Turizm Bürosu Vyana Ticarət Palatası tərəfindən təşkil olunmuş 13-cü səyahət agentlikləri gününündə iştirak edib. Azərbaycan Turizm Bürosu Avstriyanın paytaxdında Vyanadakı aux Gazelles-də keçirilən tədbirə ilin seçilmiş destinasiyası kimi qatılmışdır. Tədbir 150-180 turizm sənayesi nümayəndəsini bir araya gətirərək, ölkənin zəngin mədəni irsini və unikal turizm təcrübələrini vurğuladı.
Azərbaycan Turizm Bürosu yanaşı, AZAL-ı təmsil edən Aviareps aviaşirkəti və Avstriyanın Elite Tours şirkəti, Azərbaycanı önəmli destinasiya kimi tanıdan eksklüziv turizm təklifləri təqdim edmişdilər. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbir iştirakçıları qarşısında çıxış edərək, ölkənin müxtəlif görməli yerlərinin artan cəlbediciliyini vurğuladı. Cənab Zenqstşmid Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, regionda başqa hədəf ölkələrlə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib. O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini nəzərə çatdırıb. Tədbirin sonunda, Azərbaycan musiqisini təbliğ etmək üçün tanınmış musiqiçisi İsfar Sarabski də tədbirə qatılmışdır.
Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.