Azərbaycan Turizm Bürosu (ATB) 16-18 noyabr, 2021-ci il tarixlərində müvafiq tərəfdaşlarla əlaqələrin gücləndirilməsi məqsədilə “Qatar Travel Mart” sərgisində iştirak edəcək. ATB-nin rəhbərlik etdiyi nümayəndə heyəti hotel, tur agentlikləri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti daxil olmaqla, 12 tərəfdaşdan ibarətdir.
"Qətərdə baş tutacaq ilk səyahət sərgisində iştirak etmək lazımi tərəfdaşlarla əlaqə qurmaq və turizm təkliflərimizi bölüşmək üçün böyük fürsətdir. Azərbaycan və Qətər arasında vizasız səyahətin başladılması eləcə də gündəlik uçuşların olması Qətərdən olan turistləri yenidən qəbul etməyimizə imkan verir”, ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Qətərli səyahətsevərlər Azərbaycanda müvafiq sağlamlıq və təhlükəsiz qaydalarınına riayət etməklə təbiət və macəradan tutmuş sağlamlıq və rekreasiya mərkəzlərində istirahət, eləcə də paytaxt Bakıda bir çox təcrübədən yararlana bilərlər. Burda Qafqaz dağlarında haykinq, Naftalanda neft vannası, ölkənin müxtəlif hissələrində təklif edilən duz və ya termal müalicələr, yerli kulinariya ənənələrini kəşf etməyə imkan verən Slou Fud marşrutu boyunca səyahət və ya UNESCO Dünya İrs Siyahısına salınmış qədim, eləcə də müasir memarlıq nümunələrini görə biləcəkləri yerlərə səyahət mümkündür.
Yaxın Şərqdə hədəf bazarlar arasında Qətərin əhəmiyyətini vurğulayan cənab Zenqstşmid bildirib: "İyun ayından etibarən beynəlxalq sərhədlərin tədricən açılması nəticəsində Qətərdən Azərbaycana səyahət edənlərin sayında artım müşahidə etmək bizi sevindirir. İnanırıq ki, pandemiyadan sonrakı dövrdə Qətərli turistlər burda daha çox səyahət təcrübəsi əldə edə biləcəklər.”.
Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı daxil olmaqla, 42 ölkənin 18 yaşdan yuxarı vətəndaş və rezidentləri tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim edərək hava yolu ilə Azərbaycana səfər edə bilərlər. 18 yaşdan kiçik sərnişinlər üçün isə uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması kifayətdir.
Ən son məlumatlardan xəbərdar olmaq üçün Azerbaijan.travel vebsaytını ziyarət etməyinizi xahiş edirik.