Azərbaycan İşgüzar Tədbirlərinin
Səfirlər proqramı
Səfirlər Proqramı nədir?
Səfirlər Proqramı 2019-cu ildə Azərbaycan Konvensiya Bürosunun təşəbbüsü ilə yaradılıb.
Layihənin məqsədi Azərbaycan alimləri, həkimlər və digər ekspertlər arasından destinasiya səfirlərinə, beynəlxalq peşəkar assosiasiyaların yerli üzvlərinə, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin yerli filiallarının nümayəndələrinə dəstək olmaqdır. Səfirlərin işgüzar tədbirlər destinasiyası kimi Azərbaycanın seçilməsində təsir imkanları genişdir. Səfirlərimizlə birlikdə Bakı və Azərbaycanı işgüzar tədbirlər üçün cəlbedici istiqamətə çevirmək əsas məqsədlərimizdəndir.
Səfirlər Proqramı Azərbaycan Konvensiya Bürosu tərəfindən destinasiya səfirlərinə ölkəyə işgüzar tədbirləri cəlb etməkdə dəstək göstərmək üçün nəzərdə tutulmuş fəaliyyətlər, vasitələr və dəstək xidmətləri toplusudur.
PCB ekspertləri və partnyorlarında ibarət komandamız tədbirlərin uğurlu keçməsi üçün konqresin Azərbaycanda keçirilməsini planlaşdırmaq, təşviq və təşkil etmək yolu ilə tender prosesinin hər mərhələsində konqres səfirlərinə tam dəstək verir.
Proqramın əsas məqsədləri:
İşgüzar tədbirləri sənayesində ölkənin rəqabət qabiliyyətini və nüfuzunu artırmaq;
Azərbaycanda keçirilən işgüzar tədbirlərin sayını artırmaq;
Səfirləri işgüzar tədbirlər sənayesinə verdikləri töhfələrə, habelə Azərbaycanı beynəlxalq səviyyədə təmsil sahəsində gördükləri işlərə görə qiymətləndirmək;
Milli iqtisadiyyatın aparıcı sektorlarını təşviq etmək.
Kimlər səfir ola bilər?
İşgüzar tədbirlər sənayesi kontekstində səfir güclü şəbəkəyə malik, müvafiq sahədə nüfuzlu və destinasiya nümayəndəsi kimi çıxış edə bilən şəxsdir və ölkədə işgüzar tədbirləri təşkil etmək üçün milli və beynəlxalq peşəkarlarla işləmək qabiliyyətinə sahib olmalıdır. Beynəlxalq assosiasiya və ya təşkilat adından səfirlər Azərbaycanı müvafiq sektorlarda (elm, sənaye, dövlət və ya özəl) işgüzar tədbirə ev sahibi kimi irəli sürə bilər. Səfirlərlə birlikdə biz Azərbaycanı potensial işgüzar tədbirlər məkanına çevirmək uğrunda nüfuzunu artırmağı hədəfləyirik.
Səfirlər üçün üstünlüklər aşağıdakılardır:
Milli və beynəlxalq səviyyədə həmkarlar arasında reputasiyanızın güclənməsi;
Milli assosiasiya şəbəkənizi inkişaf etdirmək imkanı;
Azərbaycanda əldə olunan nəticələri sənaye həmkarları ilə bölüşmək imkanı;
Daha geniş ictimaiyyət, təşkilatlar və dövlət orqanları arasında artan görünürlük;
Spesifik bir sənayenin və ya araşdırma sahəsinin artan nüfuzu;
Ən son texnologiyalara və intellektual kapitala çıxış;
Bölgəyə xarici investisiyaların cəlb edilməsi şansı;
Azərbaycanda akademik, elmi və işgüzar birliklərin nüfuzunun yüksəldilməsi. Səfir olmaq istəyirsiniz? Elə isə bizimlə əlaqə saxlayın!