ITB CHINA 2026
Uzaq ŞərqŞanxay, Çin
Şanxay, Çin
Nəzərinizə çatdırmaq istərdik ki, 26-28 may tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “ITB China 2026” sərgisinə qeydiyyat artıq başlayıb.
“ITB China” Çin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biridir. Tədbir beynəlxalq turizm istiqamətlərini, xidmət təminatçılarını və Çin alıcılarını bir araya gətirir, unikal biznes əlaqələrinin qurulması, yeni trendlərin öyrənilməsi və səyahət təkliflərinin nümayişi üçün geniş imkanlar təqdim edir. Üç gün ərzində tədbir dünya səviyyəli alıcılar və iştirakçılar üçün şəbəkələşmə, fikir mübadiləsi və yerli turistlərin dəyişən maraqlarını kəşf etmək üçün ideal şərait yaradır. “ITB China” qlobal turizm sənayesində mövqeyini gücləndirmək istəyənlər üçün vacib platformadır.
İştirak haqqı: 2500 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcək.
Son qeydiyyat tarixi: 30 mart 2026-cı il
Əlavə məlumat üçün:
[email protected]