PATA Travel Mart (PTM) 2026
Cənub-Şərqi AsiyaMalayziya, Kuçinq
Malayziya, Kuçinq
Nəzərinizə çatdırmaq istərdik ki, 18–20 avqust tarixlərində Malayziyanın Kuçinq şəhərində keçiriləcək PATA Travel Mart (PTM) 2026 sərgisinə qeydiyyat artıq başlayıb.
PATA Səyahət Yarmarkası (PTM) Asiya-Sakit Okeanı regionunda uzun illərdir keçirilən beynəlxalq turizm sərgilərindən biridir. Tədbir iştirakçılara qərar qəbul edən şəxslərlə tanış olmaq, yeni müştərilər qazanmaq, əlaqələrini genişləndirmək və mövcud biznes tərəfdaşlıqlarını möhkəmləndirmək üçün bənzərsiz şəbəkələşmə və müqavilə bağlama imkanları təqdim edir.
PTM sərgisi üçün qeydiyyatdan keçmiş iştirakçılar istirahət, lüks, işgüzar tədbirlər və toy turizmi sahələrini təmsil edir və əsasən Avropa, Şimali Amerika, Cənubi və Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Asiya, Afrika və Sakit okean regionundan iştirak edirlər.
Bu ilki tədbir Malayziyanın Kuala Lumpur şəhərində yerləşən “Malaysia International Trade and Exhibition Centre”-də keçiriləcəkdir.
Sərgidə iştirak etmək üçün əvvəlcədən PATA üzvü olmaq tələb olunmur. Uyğun olduğu təqdirdə şirkətlər tədbirdən sonra üzvlüyü nəzərdən keçirə bilər. Bu halda birdəfəlik qeydiyyat haqqı tətbiq olunmur, yalnız illik üzvlük haqqı ödənilir.
İştirak haqqı: 1,500 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
QEYD: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi demək deyil. İştirakınız qeydiyyat müddəti başa çatdıqdan sonra yenidən yoxlanılacaq və təsdiqləndikdən sonra rəsmiləşdiriləcək. Tədbirin keçiriləcəyi məkan və ətraflı proqram yalnız iştirakı təsdiqlənmiş şirkətlərə e-mail vasitəsi ilə göndəriləcək.
Qeydiyyat üçün son tarixi: 13 aprel 2026-cı il
Əlavə məlumat üçün:
[email protected]