İtaliyada yol şousu
AvropaRoma, Milan
Roma, Milan
Azərbaycan Turizm Bürosu, Azərbaycanın turizm potensialını tanıtmaq məqsədilə aşağıdakı şəhərlərdə yol şousu təşkil edəcək:
1 Oktyabr 2025 – Roma, İtaliya
2 Oktyabr 2025 – Milan, İtaliya
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin İtaliyanın turizm tərəfdaşlarına təqdim edilməsi
Azərbaycan ilə İtaliyanın turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Ətraflı məlumat üçün:
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil )
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: 1 Sentyabr, 2025