PATA Travel Mart (PTM) 2025
Cənubi AsiyaBanqkok, Tailand
Banqkok, Tailand
26–28 avqust tarixlərində Tailand Krallığının Banqkok şəhərində keçiriləcək PATA Travel Mart (PTM) 2025 sərgisinə qeydiyyatın başlandığını elan edirik.
PATA Səyahət Yarmarkası (PTM) Asiya Sakit Okeanı regionunun ən uzun müddət keçirilən beynəlxalq turizm sərgilərindən biridir və səyahət və turizm təşkilatlarının qərar qəbul edən şəxslərlə tanış olmaq, yeni müştərilər qazanmaq, əlaqə şəbəkələrini genişləndirmək, yeni münasibətlər qurmaq və mövcud biznes tərəfdaşlıqlarını möhkəmləndirmək üçün bənzərsiz şəbəkələşmə və müqavilə bağlama imkanları təqdim edir.
PTM-də qeydiyyatdan keçmiş alıcılar leisure, luxury, MICE və toy turizmi kimi sahələri əhatə edir və Avropa, Şimali Amerika, Cənubi və Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Asiya, Afrika və Sakit okean regionundan iştirak edirlər.
Bu ilki tədbir Tailandın Banqkok şəhərində yerləşən Queen Sirikit Milli Konvensiya Mərkəzində (QSNCC) keçiriləcəkdir.
PTM 2025-də iştirak üçün PATA üzvlüyü əvvəlcədən tələb olunmur. Şirkətlər tədbirdən sonra üzvlüyü dəyərləndirə bilər. Bu halda, birdəfəlik qeydiyyat haqqı ləğv olunacaq, lakin illik üzvlük haqqı standart olaraq tətbiq olunacaq.
İştirak haqqı: 1500 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Tədbirin miqyası və imkanları ilə bağlı ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək mümkündür:
https://pataprodigy.org/EStaff/PTM25/PTM2024%20Post%20Show.pdf
https://www.pata.org/ptm-2024-pata-knowledge-forum
https://youtu.be/H0Qeuzq2qrM?si=m-OLIFLdi0_ghypH
Son qeydiyyat tarixi: 15 iyun, 2025-ci il
Əlavə məlumat üçün: