Mərkəzi Avropada yol şousu: Çexiya, Macarıstan və İspaniya
AvropaPolşa, Çexiya, Almaniya
Polşa, Çexiya, Almaniya
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının nümayişi üçün Mərkəzi Avropanın aşağıdakı şəhərlərində yol şouları keçiriləcək:
Çexiya – Praqa
Macarıstan – Budapeşt
İspaniya – Barselona
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm potensiallarının təqdim edilməsi
Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərinin Çexiya, Macarıstan və İspaniyanınturizm tərəfdaşlarına təqdim edilməsi
Azərbaycan ilə Çexiya, Macarıstan və İspaniyanın turizm sahəsində fəaliyyət göstərən şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi
Tədbir 20-24 oktyabr 2025-ci il tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat üçün:
İştirak haqqı: Elan ediləcək
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: Elan ediləcək