Çində yol şousu
Uzaq ŞərqChina
China
Azərbaycan Turizm Bürosu, Azərbaycanın turizm potensialını tanıtmaq məqsədilə aşağıdakı şəhərlərdə yol şousu təşkil edəcək:
10 Noyabr 2025 – Şençjen, Çin
12 Noyabr 2025 – Çunçin, Çin
14 Noyabr 2025 – Çendu, Çin
Tədbirlərin məqsədləri:
Azərbaycanın asudə vaxt və işgüzar turizm imkanlarının təqdim edilməsi
Azərbaycanın aparıcı turizm şirkətlərinin Şençjen, Çunçin və Çendu şəhərlərinin turizm sənayesi tərəfdaşlarına tanıdılması
Azərbaycan və Şençjen, Çunçin və Çendu şəhərlərinin turizm şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi
Ətraflı məlumat üçün:
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
Qeyd: Səyahət xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyat iştirakın təsdiqlənməsi demək deyil. İştirakınız qeydiyyat prosesinin sonunda yenidən təsdiqləndikdən sonra nəzərə alınacaq. İştirakı təsdiqlənmiş şirkətlərə tədbirin detallı gündəliyi və məkanları ilə bağlı e-mail göndəriləcək.
Qeydiyyat üçün son tarix: Elan ediləcək