ATM Dubai 2026
Orta ŞərqDubay, BƏƏ
Dubay, BƏƏ
Nəzərinizə çatdırmaq istərdik ki, 4-7 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2026” sərgisinə qeydiyyat artıq başlayıb.
“Arabian Travel Market” Yaxın Şərq regionunun aparıcı beynəlxalq B2B turizm və səyahət sərgilərindən biri kimi tanınır və hər il dünyanın müxtəlif ölkələrindən 55,000-dən çox peşəkarı bir araya gətirir. Tədbirdə turizm təşkilatları, turoperatorlar, səyahət agentlikləri, hotellər, aviaşirkətlər və sənaye üzrə digər əsas iştirakçılar təmsil olunur.
Sərgi iştirakçılara qlobal səyahət sənayesinin əsas oyunçuları ilə birbaşa əlaqə qurmaq, yeni əməkdaşlıq fürsətlərini dəyərləndirmək və ən son bazar trendləri ilə yaxından tanış olmaq imkanı yaradır. “ATM Dubai” Yaxın Şərq, Asiya, Afrika və Avropa bazarlarına çıxış baxımından strateji platforma kimi geniş şəkildə tanınır.
2026-cı ildə keçiriləcək sərgi çərçivəsində lüks turizmdən texnologiyaya, MICE (işgüzar tədbirlər) turizmindən digər əsas istiqamətlərə qədər bütün səyahət sektorlarını əhatə edən görüşlər, panel müzakirələri və tematik sessiyalar keçiriləcək. Sərgi beynəlxalq qərarverici şəxslər və sahə üzrə peşəkarlar üçün effektiv şəbəkələşmə və biznes inkişafı mühiti təqdim edir.
İştirak haqqı: 3000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcək.
Son qeydiyyat tarixi: 8 mart 2026-cı il
Əlavə məlumat üçün:
[email protected]