KITF 2026
MDB ölkələriQazaxıstan, Almatı
Qazaxıstan, Almatı
22-24 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək KITF 2026 sərgisinə qeydiyyatın başlandığını elan edirik.
2026-cı ildə KITF sərgisi 20-ci dəfə təşkil olunacaqdır ki, bu da onun Qazaxıstan və Mərkəzi Asiya regionunda turizm sənayesinin aparıcı və nüfuzlu tədbirlərindən biri kimi mövqeyini bir daha təsdiq edir. Sərgi milli turizm təşkilatlarını, turoperatorları, turizm agentliklərini, aviaşirkətləri, hotelçilik sənayesi və turizm sektorunun digər əsas nümayəndələrini bir araya toplayır. Təşkil olunduğu illər ərzində sərgidə dünyanın 63 ölkəsini təmsil edən şirkət və qurumlar iştirak etmişdir. Sözügedən fakt tədbirin beynəlxalq miqyasının genişlənməsini, davamlı inkişafını və regionun turizm bazarının dinamik artımını təsdiq edir.
KITF 2026 iştirakçılar üçün bazar tələbatını qiymətləndirmək, müştəri üstünlüklərini müəyyənləşdirmək, rəqibləri təhlil etmək, yeni işgüzar alətlər əldə etmək və gələcək inkişaf strategiyalarını formalaşdırmaq baxımından əlverişli imkanlar yaradır.
Turizm sənayesinin nümayəndələrini KITF 2026 sərgisində iştirak etməyə və yeni əməkdaşlıq imkanlarından yararlanmağa dəvət edirik.
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcəkdir.
Son qeydiyyat tarixi: 16 mart 2026-cı il
Əlavə məlumat üçün:
[email protected]