Biz məmnuniyyətlə bildiririk ki, Azərbaycan Turizm Bürosu 20-23 aprel 2026-cı il tarixlərində Almaniyanın əsas şəhərlərində (Würzburg, Frankfurt, Trier və Karlsruhe) keçiriləcək AVIAREPS Around the World Roadshow - Germany Spring tədbirində iştirak etməyi planlaşdırır.
AVIAREPS Around the World Roadshow - Germany Spring Almaniya turizm bazarında ən köklü və effektiv B2B şəbəkələşmə platformalarından biridir. Tədbir asudə vaxt, lüks və fərdi (tailor-made) səyahət seqmentlərində fəaliyyət göstərən aparıcı outbound turizm agentliklərini və tur operatorlarını bir araya gətirir.
Roadshow çərçivəsində Alman turizm peşəkarları ilə strukturlaşdırılmış B2B görüşlər və şəbəkələşmə sessiyaları keçirilir. Bu, iştirakçı destinasiya və turizm tərəfdaşlarına öz məhsullarını təqdim etmək, potensial əməkdaşlıq imkanlarını müzakirə etmək və Almaniya bazarındakı mövqelərini gücləndirmək imkanı yaradır.
Qeydiyyat üçün keçid:
AVIAREPS Around the World Roadshow – Germany Spring
Əlavə məlumat üçün: