Indonesia Travel Expo 2026
Cənub-Şərqi Asiyaİndoneziya, Cakarta, Surabaya
İndoneziya, Cakarta, Surabaya
Bildiririk ki, Azərbaycan Turizm Bürosu 6 aprel 2026-cı il tarixində İndoneziya Respublikasının Cakarta şəhərində və 9 aprel 2026-cı il tarixində Surabaya şəhərində keçiriləcək ITE 2026 sərgisində iştirak etməyi planlaşdırır.
Indonesia Travel Expo (ITE) turizm sənayesində fəaliyyət göstərən satıcıları, turizm təşkilatlarını, tur operatorlarını, topdansatış şirkətlərini, biznes həlləri və texnologiya təminatçılarını, otel nümayəndələrini və turizm məkanlarını İndoneziyanın əsas turizm agentlikləri bazarı ilə bir araya gətirən, hər il keçirilən B2B formatlı beynəlxalq sərgidir.
Ətraflı məlumat və broşura ilə tanış olmaq üçün: Indonesia Travel Expo
Ələqədar şəxs: [email protected]