Biz məmnuniyyətlə bildiririk ki, Azərbaycan Turizm Bürosu 5–7 may 2026-cı il tarixlərində Baltik ölkələrinin paytaxtlarını əhatə edəcək TTR Baltic May 2026 roadshow tədbirində iştirak etməyi planlaşdırır. Roadshow Vilnüs (Litva) şəhərindən başlayaraq Riqa (Latviya) və Tallin (Estoniya) şəhərlərində davam edəcək.
TTR Baltic Baltik turizm bazarında tanınmış B2B şəbəkələşmə platformalarından biridir. Tədbir regionda fəaliyyət göstərən aparıcı tur operatorlarını və səyahət agentliklərini bir araya gətirərək turizm sənayesinin peşəkarları ilə birbaşa əlaqələrin qurulması üçün əlverişli imkanlar yaradır.
Roadshow çərçivəsində strukturlaşdırılmış B2B görüşlər, şəbəkələşmə sessiyaları və əməkdaşlıq müzakirələri keçirilir. Bu isə iştirakçı destinasiya və turizm tərəfdaşlarına öz məhsullarını təqdim etmək, potensial əməkdaşlıq imkanlarını dəyərləndirmək və Baltik bazarlarında tanıtımı gücləndirmək imkanı verir.
Qeydiyyat üçün keçid: TTR Baltic May
Əlavə məlumat üçün: