ITB Berlin 2026
AvropaBerlin, Almaniya
Berlin, Almaniya
Nəzərinizə çatdırmaq istərdik ki, 3-5 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək “ITB Berlin 2026” sərgisinə qeydiyyat artıq başlayıb.
“ITB Berlin” qlobal turizm sənayesinin ən nüfuzlu beynəlxalq sərgilərindən biri hesab olunur. 1966-cı ildən etibarən sözügedən tədbir dünyanın müxtəlif ölkələrindən turizm təşkilatlarını, səyahət şirkətlərini və sahə üzrə peşəkarları bir araya gətirərək beynəlxalq səviyyədə aparıcı platformalardan biri kimi fəaliyyət göstərir.
2026-cı ildə keçiriləcək sərgi, “ITB Berlin”in 60 illik fəaliyyətinin tamam olması ilə əlaqədar xüsusi əhəmiyyət daşıyacaq və “Discover the stories behind 60 years of legacy” şüarı altında təşkil olunacaq. Sərgi çərçivəsində əsas qərarverici şəxslər, turoperatorlar, səyahət agentlikləri, mehmanxanalar və texnologiya təminatçıları bir araya gələrək yeni əməkdaşlıq imkanları yaradacaq, işgüzar əlaqələrini genişləndirəcək və bazar tendensiyaları ilə yaxından tanış olacaqlar.
İştirak haqqı: 3000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcək.
Vizaların əldə edilməsi və bununla bağlı hər hansı dəstəyin təmin olunmasına görə məsuliyyəti iştirakçılar daşıyır. Bəzi hallarda təşkilatçılar tərəfindən müraciət əsasında dəvət məktubları təqdim oluna bilər.
Son qeydiyyat tarixi: 6 yanvar 2025-ci il
Əlavə məlumat üçün: