Connections Luxury 2026
Orta ŞərqQətər, Doha
Qətər, Doha
Sizi 29 mart - 1 aprel 2026-ci il tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək “Connections Luxury Middle East” tədbirinə dəvət etməkdən məmnunuq. Bu eksklüziv tədbir əlaqələri gücləndirmək və şirkət və xidmətlərinizi yüksək səviyyəli auditoriyaya nümayiş etdirmək üçün unikal platformadır.
Tədbir haqqında:
“Connections Luxury Middle East” aparıcı turizm şirkətləri ilə əlaqə qurmağa çalışan, Körfəz ölkələrdə və Hindistandan olan lüks tərəfdaşların (alıcıların) eksklüziv seçimini bir araya gətirən unikal tədbirdir. Tədbirdə əsas fokus asudə vaxt turizmi və müstəqil səyahətçi seqmentinə yönəlikdir.
İştirakçılar üçün eksklüziv üstünlüklər
İştirakçılar aşağıdakılardan faydalanacaqlar:
• Əvvəlcədən planlaşdırılmış təkbətək görüşləri özündə əks etdirən fərdiləşdirilmiş proqram.
• Tədbirin ümumi proqramına çıxış.
• Nahar və şam yeməkləri zamanı əlaqə qurmaq imkanları.
• Əlaqələri gücləndirmək üçün nəzərdə tutulmuş immersiv təcrübələr və digər fəaliyyətlər.
Daha ətraflı məkumat üçün Connections Luxury Middle East baxa bilərsiniz.
Ələqədar şəxs:
Leyla İsayeva [email protected]