Biz məmnuniyyətlə bildiririk ki, Azərbaycan Turizm Bürosu 7-9 oktyabr 2026-ci il tarixlərində Baltik ölkələrinin paytaxtlarını əhatə edəcək AVIAREPS Roadshow – Estonia tədbirində iştirak etməyi planlaşdırır. Roadshow Tallinn (Estoniya) şəhərindən başlayaraq Riqa (Latviya) və Vilnüs (Litva) şəhərlərində davam edəcək.
AVIAREPS Roadshow – Estonia Baltik turizm bazarında aparıcı B2B şəbəkələşmə platformalarından biridir. Tədbir regionda fəaliyyət göstərən əsas tur operatorlarını və səyahət agentliklərini bir araya gətirərək turizm sənayesinin peşəkarları ilə birbaşa əlaqə qurmaq üçün geniş imkanlar yaradır.
Roadshow çərçivəsində strukturlaşdırılmış B2B görüşlər, şəbəkələşmə sessiyaları və əməkdaşlıq müzakirələri keçirilir. Bu isə iştirakçı destinasiya və turizm tərəfdaşlarına öz məhsullarını təqdim etmək, potensial əməkdaşlıq imkanlarını dəyərləndirmək və Baltik bazarlarında tanıtımını gücləndirmək imkanı verir.
Qeydiyyat üçün keçid: AVIAREPS Around the World Roadshow – Baltics
Əlavə məlumat üçün: