Connect Marketplace Hong Kong 2026
Uzaq ŞərqHonq Konq
Honq Konq
Nəzərinizə çatdırmaq istərdik ki, 18–19 mart tarixlərində Honq Konqda keçiriləcək «Connect Marketplace Hong Kong 2026» sərgisinə qeydiyyat artıq başlayıb.
«Connect Marketplace Hong» Kong Asiya regionunda İşgüzar tədbirlər sənayesi üzrə aparıcı B2B platformalarından biridir. Tədbir sözügedən sahədə qlobal miqyasda fəaliyyət göstərən alıcı və təchizatçıları bir araya gətirərək işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıqların formalaşdırılması üçün olduqca əlverişli imkanlar yaradır.
2026-cı ildə keçiriləcək sərginin çərçivəsində 30-dan çox ölkədən ən yüksək səviyyəli alıcıların, 300-dən artıq beynəlxalq təchizatçının iştirakı və 3 000-dən çox əvvəlcədən planlaşdırılmış işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Sərgi bütün iştirakçılara əsas qərarverici şəxslərlə birbaşa əlaqə qurmaq, Asiya bazarında mövqelərini gücləndirmək imkanı təqdim edir.
İştirak haqqı: 2000 AZN (ƏDV daxil deyil)
İştirak haqqı şirkətdən 2 nəfər üçün nəzərdə tutulub.
Qeyd: Səyahət və yaşayış xərcləri iştirakçı şirkət tərəfindən qarşılanır.
Qeydiyyatdan keçmək iştirakın təsdiqi anlamına gəlmir. Qeydiyyat müddəti bitdikdən sonra müraciətlər qiymətləndiriləcək və seçilmiş şirkətlərə yazılı təsdiq məktubu göndəriləcək.
Vizaların əldə edilməsi və bununla bağlı hər hansı dəstəyin təmin olunmasına görə məsuliyyəti iştirakçılar daşıyır. Bəzi hallarda təşkilatçılar tərəfindən müraciət əsasında dəvət məktubu təqdim oluna bilər.
Son qeydiyyat tarixi: 12 yanvar 2026-ci il
Əlavə məlumat üçün:
[email protected]